Füzulidə mənzili niyə su basıb? - VİDEO

Füzuli şəhəri bina 5, mənzil 112-də baş vermiş subasma hadisəsi ilə bağlı daxil olan müraciət əsasında aparılan araşdırma göstərib ki, subasma mənzil 112-dən deyil, üst mərtəbədə yerləşən mənzil 115-də radiatora sakin tərəfindən edilən kənar müdaxilə nəticəsində baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Qeyd edilib ki, mühəndis-kommunikasiya sisteminə edilən bu özbaşına dəyişiklik barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə məlumat verilməyib:
“Test zamanı sistemə su verildikdə zədələnmiş radiatorun açılması nəticəsində su həmin mənzillə yanaşı, aşağıdakı mənzilə də axıb. Hadisədən dərhal sonra zərərçəkmiş və məsuliyyət daşıyan sakin Xidmət tərəfindən qəbul edilib və məsələnin mahiyyəti onlara izah olunub. Zərərin müvafiq olaraq onu törədən şəxs tərəfindən qarşılanmalı olduğu bildirilib.
Son günlər sosial mediada hadisə ilə bağlı yayılan bəzi paylaşımlar reallığı əks etdirmir. Subasma hadisəsi tikinti işlərinin keyfiyyəti ilə bağlı deyil, mənzildə edilən icazəsiz müdaxilə səbəbindən yaranıb. Sakinləri dövlət tərəfindən istifadəyə verilmiş yaşayış fonduna özbaşına müdaxilə etməməyə, mühəndis sistemləri ilə bağlı yaranan problemlər barədə Xidmətə müraciət etməyə çağırırıq”.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












