Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO

Dünən paytaxtın Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs 65 saylı müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JP-013 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlanılmasını təlbə edib. Sürücü ona avtobusu qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, həmin şəxs əsəbi halda tələblərinə davam edib və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirərək xuliqanlıq əlamətləri daşıyan hərəkətlərə yol verib.
Həmin şəxs avtobusun salonunda quraşdırılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş avadanlığına zərər vurub, daha sonra avtobusun ön qapısının şüşəsini təpik zərbəsi ilə sındıraraq hadisə yerindən uzaqlaşıb.
Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə videogörüntüyə alınıb.
Faktla bağlı polisin “102” qaynar xəttinə məlumat verilib, müvafiq tədbirlər görülür.
***
Əməli törədən şəxsin kimliyi polis tərəfindən müəyyən olunub. Onun saxlanılması üçün tədbirlər görülür.
Hadisə anının görüntülərini təqdim edirik:
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO












