Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ

Liderlər üçtərəfli görüşdən əvvəl öz aralarında ikitərəfli görüşlər keçiriblər. Prezident Donald Trampın Pekində Çin lideri Si Cinpinlə iki saatlıq görüşdən sonra gəldiyi qənaət budur ki, hər iki ölkə Hörmüz boğazının açılmasını istəyir. Ağ Ev sahibi həmçinin hər iki ölkənin enerji məhsullarının Hörmüz boğazından keçməsində və İranın nüvə silahına malik olmamasında maraqlı olduğunu bildirib.
Avtosfer.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu öz sosial media hesabında bildirib. O qeyd edib ki, Pekin Hörmüz boğazının açılması məqsədilə Tehrana təzyiq etmir.
.jpg)
“Əlbəttə, Çin bölgədə nüvə dövlətlərinin sayının artmasını istəmir. Ancaq Pekin bununla bağlı da Tehranı nüvə çalışmalarından imtinaya məcbur etmir. ABŞ və Çin arasında digər mövzularda da fikir ayrılıqları ortadan qaldırılmayıb. Bunlardan biri haqqında Tramp Cinpinlə görüşdən sonra deyib. Donald Tramp ABŞ, Rusiya və Çinin nüvə silahı potensialını müqayisə edərkən, Çinin nüvə arsenalını sürətlə genişləndirməsindən narahatlığını ifadə edib. Trampın sözlərinə görə, ABŞ-nin 4 min, Rusiyanın isə 3 min 800 nüvə başlığı var. Çinin nüvə arsenalı bundan azdır. Ancaq Çin nüvə arsenalını sürətlə artırır və qarşıdakı illərdə bu ölkə nüvə başlıqlarının sayına görə, ABŞ və Rusiyaya çata bilər. Məsələ burasındadır ki, “Soyuq müharibə” illərdə ABŞ və keçmiş SSRİ arasında nüvə silahlarının artırılmaması barədə müxtəlif razılaşmalar mövcud olub. SSRİ dağıldıqdan sonra Rusiya həmin razılaşmaları qəbul edib. Ancaq Çin bu razılaşmaların kənarındadır. Çünki, “Soyuq müharibə” illərində Çinin nüvə potensialı zəif idi. Digər tərəfdən keçmiş SSRİ ABŞ-ın rəbiqi olsa da, Vaşinqtonun Pekinlə sıx dialoqu mövcud idi. O illərdə Vaşinqton Pekindən nüvə anlaşmalarına qoşulmağı tələb etmirdi. Çünki buna ehtiyac yox idi. Hazırda isə Çin sürətli iqtisadi inkişafı hesabına hərbi gücünü dəfələrlə artırıb və bölgədə ABŞ-nin hərbi gücü ilə rəqabətini gücləndirib. Buna görə də, Vaşinqton hesab edir ki, Çinin də nüvə anlaşmalarına qoşulmasına ehtiyac var. Pekin Vaşinqtonun bu tələbini yerinə yetirmək istəmir. Bunu Donald Trampın son açıqlamasından da aydınlaşdırmaq olar. Si Cinpin ABŞ-la Rusiya arasında nüvə razılaşmalarına qoşulmaq əvəzinə əvəzinə nüvə silahlarının tamamilə qadağan olunması və məhv edilməsi gərəkliyini bildirib. Buna nə ABŞ, nə də Rusiya razılaşar. Məhz bu səbəbdən Çin lideri reallaşması mümkün olmayan təklifini səsləndirib.
ABŞ və Çin arasında süni intellekt sahəsində də böyük rəqabət var. Vaşinqton bu sahədə də Pekinlə oyun qaydalarını müəyyənləşdirməyə çalışır. Ancaq “Nvidia” şirkəti ətrafında yaranan son vəziyyət iki ölkə arasında süni intellekt sahəsində gərginliyin davam etdiyini göstərir. “Reuters” agentliyinin məlumatına görə, Çindəki qurumlar süni intellekt sahəsində ABŞ-nin aparıcı şirkətlərinin texnologiyalarını əldə etməyə çalışır. Görünür, Vaşinqton Çinin “Nvidia” da daxil olmaqla süni intellekt şirkətlərinin qabaqcıl çiplərinə çıxışını daha da məhdudlaşdıracaq”.
Səfər
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Villada dava: Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - YENİLƏNİB
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO












