Kim Çen In ölüb? - Kəşfiyyatdan REAKSİYA

Şimali Koreya lideri Kim Çen Inın ölümü barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvləri üçün keçirilən qapalı brifinqin iştirakçılarına istinadən məlumat yayıb.
Məlumata görə, brifinq bu gün ölkənin Milli Kəşfiyyat Xidməti tərəfindən təşkil edilib.
Qeyd olunur ki, sentyabrın 30-da keçirilən əvvəlki brifinq zamanı kəşfiyyat təxminən 140 kiloqram çəkisi olan və ürək-damar xəstəlikləri riskindən əziyyət çəkən Kim Çen Inda sağlamlığının pisləşməsinin əlamətlərinin aşkar edilmədiyini açıqlayıb.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın “The Sun” nəşri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən təcili müalicə üçün Çinə aparıldığı barədə xəbər yayıb. Bunun ardınca, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi dövlət başçısının sərgidə çəkilmiş fotolarını dərc edib./Qafqazinfo
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO










