“Gəncliy”imizə düşən bomba... - FOTO

Bakı metrosunda baş verən terror aktından 30 il keçir.
Avtosfer.az xəbər verir ki, 1994-cü il iyulun 3-də saat 08:30-da metronun “Gənclik” metrostansiyasının platformasına 500 metr qalmış elektrik qatarının vaqonunda bomba partlayıb.
Partlayışdan sonra qatarın vaqonları alışıb. Terror aktı zamanı 13 nəfər həlak olub, 58-i yaralanıb.
Partlayışın təşkil edilməsi faktı ilə Azərbaycan vətəndaşı Azər Aslanov Moskvada həbs edilib.
O, 1997-ci ilin noyabrında Azərbaycana göndərilib. 1998-ci ildə Aslanov bu terror aktını reallaşdırmaq göstərişini erməni əsirliyində olarkən publisist Zori Balayandan aldığını etiraf edib. Məhkəmə ona ömürlük həbs cəzası verib.
İstintaqla müəyyən olunub ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.
1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib.
Ardınca Azərbaycan Prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verib.
Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından silib.
Qeyd edək ki, 1994-cü ilin iyul ayının 3-də baş verən partlayış Bakı metrosunda ikinci terror aktıdır.
Belə ki, 1994-cü il mart ayının 19-da da saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış olub. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.
Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub.
(qafqazinfo)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












