Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları kompüter, planşet, səs gücləndirici və müxtəlif markalı mobil telefon aksesuarlarının qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a bildirilib ki, DGK-nın əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, şirkət ünvanına göndərilmiş mallara gömrük bəyannaməsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra baxış keçirilib. Bu zaman bəyannamədə qeyd olunmayan və qutularla eynilik təşkil etməyən, malları digər malların zahiri görünüşündən istifadə etməklə gizlədilən 6 ədəd “Apple İpad Pro” markalı planşet, 26 ədəd “Apple MacBook” markalı kompüter, 15 ədəd “Apple” markalı yükləyici, 500 ədəd müxtəlif markalı mobil telefonlara məxsus ekran və 10 ədəd batareya, 100 ədəd “JBL GO3” markalı səs gücləndirici aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












