Dəhşətli QƏZA: ÖLƏN VAR

Qəzalar 25 Avqust 2026 09:39
Dəhşətli QƏZA: ÖLƏN VAR
WhatsApp kanalımıza abunə olun

Göygöl rayonunun Qızılca kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, dünən saat 9 radələrində 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəhman Fərman oğlu Allahverdiyevin idarə etdiyi "Zil MMZ-45021" markalı yük avtomobilini geriyə doğru hərəkət etdirərkən yol kənarında dayanan 1963-cü il təvəllüdlü İman Əli oğlu Məmmədovu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Oxunub : 122
ŞƏRH YAZ
Ad

E-mail

Şərh