Bakıda maşında qadın DÖYÜLDÜ

Bakının Xəzər rayonunda 22 yaşlı oğlan sevgilisini döyüb.
Avtosfer.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Rüfət qəsəbəarası yolda idarə etdiyi “Mercedes” markalı avtomobilin içərisində qısqanclıq zəminində sevgilisi Könül (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı qəsdən Könülü vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Rüfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini deyib.
Zərərçəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. O bildirib ki, təqsirləndirilən şəxslə barışıb, ona dəymiş ziyan tamamilə ödənilib, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












