Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO

Hadisə 24 Avqust 2026 18:50
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qusar rayonunun Laza kəndində heyvana işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Avtosfer.az-ın məlumatına görə, video sosial şəbəkələrdə paylaşılıb.

Kadrlardan heyvanın gözünün bıçaqla çıxarıldığı görünür. Sosial şəbəkə istifadəçilərinin iddiasına görə, hadisəni heyvana baxan şəxs törədib. Buna səbəb kimi itin bostana girməsi göstərilir.

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi ilə bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlara ağrı, əzab və işgəncə verilməsi, onların döyülməsi və ya döyüşdürülməsi heyvanlarla rəhmsiz rəftar hesab olunur. Belə əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda fiziki şəxslər 1000 manatdan 1500 manatadək cərimə edilə bilər. Heyvanın tələf edilməsi halında isə 1500 manatdan 2000 manatadək cərimə və ya işin hallarından asılı olaraq bir ayadək inzibati həbs tətbiq oluna bilər. 

Nərmin

Oxunub : 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh