Ağdamda yanğın SÜRƏTLƏ YAYILDI: Minalı ərazi təhlükə yaradır - YENİLƏNİB

Ağdamda genişmiqyaslı yanğın baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Abdal-Gülablı kəndində qeydə alınıb.
Yanğın qısa müddətdə təxminən 30 hektar ərazini əhatə edib.
Hadisə yerinə Ağdam və Xocalı rayonlarının yanğınsöndürən qüvvələri cəlb olunublar. Ərazinin minalarla çirklənməsi yanğına müdaxiləni çətinləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Ağdam rayonunun Gülablı kəndi ərazisində açıq sahələrdə güclü yanğın başlayıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb.
Hazırda alov Gülablı kəndi ərazisində yerləşən dağ massivindəki meşə zolaqlarına doğru irəliləyir.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağdam rayon bölmələrinin əməkdaşları yanğının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












