Bu peşələrdə çalışanlar daha çox boşanır - SİYAHI

ABŞ-da 500-dən çox peşə üzrə aparılan araşdırmada boşanma göstəricisinin ən yüksək olduğu peşələr müəyyənləşdirilib. Siyahının ilk pilləsində səhiyyə xidmətləri üzrə mütəxəssislər qərarlaşıb.
Avtosfer.az xəbər verir ki, araşdırmaya əsasən, bu peşə qrupunda boşanma göstəricisi 48,3 faiz təşkil edir. İkinci yerdə 48 faizlə telemarketinq əməkdaşları, üçüncü yerdə isə 47,9 faizlə masaj terapevtləri qərarlaşıb. Dördüncü yerdə avtobus sürücüləri (47,8%), beşinci yerdə isə çap maşını operatorları (47,6%) yer alıb.
Araşdırmada yüksək göstəricilərin uzun və nizamsız iş saatları, növbəli rejim və stress kimi amillərlə əlaqəli ola biləcəyi qeyd edilir. Bununla belə, mütəxəssislər təkcə peşənin boşanmaya səbəb olmadığını, iş və şəxsi həyat arasındakı balansın da mühüm rol oynadığını vurğulayırlar.
Maraqlıdır ki, boşanma göstəricisinin ən aşağı olduğu peşələr arasında sığorta və risk analitikləri 14,2 faizlə ilk sıradadır. Onları fizika elmləri mütəxəssisləri (17,2%), informasiya texnologiyaları mütəxəssisləri (18,7%), proqram təminatı mütəxəssisləri (18,9%) və fizioterapevtlər (19%) izləyir. (Publika.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












