ASCO-nun "Azərbaycan" gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb

Gündəm 4 İyun 2026 18:00
ASCO-nun "Azərbaycan" gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
WhatsApp kanalımıza abunə olun

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) RoPax tipli "Azərbaycan" gəmi-bərəsi əsaslı təmir edilib.

Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Gəmi üzrə boru və avtomatika işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub.

Bərənin sualtı və suüstü hissəsi, vaqon və avtomobil göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər yerinə yetirilib.

Təmirdən sonra gəmi üzrə dəniz-sınaq yoxlaması həyata keçirilib. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb.

2021-ci ildə istismara verilən "Azərbaycan" gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Oxunub : 168
ŞƏRH YAZ
Ad

E-mail

Şərh