Qırmızıda əks yola çıxan moped sürücüsü faciədən son anda qurtuldu - VİDEO

Paytaxtın Xətai rayonu, Telnov Sarayevo küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan moped sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 3-də saat 22:38 radələrində qeydə alınıb. Görüntülərdən aydın olur ki, moped idarə edən gənc işıqforun qadağanedici qırmızı işığında hərəkəti davam etdirərək yolayrıcına daxil olub. Bununla da kifayətlənməyən sürücü daha sonra əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn avtomobil üçün qəza şəraiti yaradıb.
Kadrlarda moped sürücüsünün son anda dayanaraq toqquşmadan yayınması əks olunub. Bir neçə saniyəlik gecikmə isə ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilərdi.
Qeyd edək ki, xüsusilə gecə saatlarında işıqforun tələblərinə əməl edilməməsi və əks yola çıxmaq kimi təhlükəli manevrlər sürücülərin reaksiyasını məhdudlaşdırır, qəza riskini isə dəfələrlə artırır.
Nərmin
Müştərini götürmək istəyən sürücü qayda pozub qəza şəraiti yaratdı - VİDEO
Qobustan ərazisində qarşı zolağa çıxan sürücülər TƏHLÜKƏ YARADIRLAR - VİDEO
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi - VİDEO
Yol polisinə tabe olmayıb canlı açan həmin sürücü həbs edildi - Narkotik... - FOTO - VİDEO
Mədəniyyətsiz sürücü maşını ortalıqda saxlayıb başqalarının yolunu bağladı – VİDEO
Bakının mərkəzində zolağa sığmayan sürücülər hərəkəti əngəllədi - VİDEO
Sərnişin avtobusunun sürücüsü əks yola çıxıb qırmızıda keçdi - VİDEO - YENİLƏNİB
Keçiddən keçən piyadanı görməzdən gəlib sürüb getdi - 77-XK-149 - VİDEO
Qucağında uşaqla yolu keçən piyada zəncirvari təhlükə yaratdı - VİDEO
Qaydaları saymayan “Prius” sürücüsü tuneldə təhlükə yaratdı - VİDEO
Zabratda mopedlə qaydaları alt-üst edən sürücülər ölümə meydan oxudu - VİDEO










