Bakıda dərman anbarlarında YANĞIN məhdudlaşdırılıb - Xəsarət alan var? - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən, ilkin ehtimala görə, dərman anbarlarında baş verən yanğın söndürülüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ərazidə yerləşən digər tikililər yanğından mühafizə olunub.
***16:30
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən, ilkin ehtimala görə, dərman anbarlarında başlayan yanğın 16:07-də məhdudlaşdırılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.
***15:30
Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən obyektdə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yanğın bir-birinə bitişik dərman anbarlarında baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan yoxdur.
Qeyd olunur ki, yanğın saat 12 radələrində başlayıb.
***13:23
Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












