“Nissan” və “Land Rover”i zərgərlik mağazasına çırpıb qarət etmək istədilər - VİDEO

İngiltərədə bir neçə zərgərlik mağazasına maşınla gələnlər soyğunçuluğa cəhd edib.
Avtosfer.az xəbər verir ki, hadisələr ötən gün Bradford şəhərində təxminən günorta saatlarında baş verib. Məlumata görə, bir qrup şəxslər Qreyt Horton yolunda yerləşən zərgərlik mağazasının vitirininə "Nissan Navara" markalı avtomobillə vuraraq qarət etməyə çalışıblar. Lakin cəhdləri baş tutmayınca avtomobili hadisə yerində qoyaraq qaçıblar.
Analoji hadisə isə yaxınlıqdakı Litl Horton Qrin ərazisində bu dəfə "Land Rover" markalı digər bir nəqliyyat vasitəsi ilə həyata keçirilib. Lakin həmin cəhdlərdə boşa çıxıb.
Mağazalardakı həyəcan siqnalından sonra hadisə yerinə polis əməkdaşları gəlib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin araşdırmalara görə, mağazadan heç bir qızıl və ya qiymətli əşya oğurlanmayıb.
Faktla bağlı araşdırmalar davam edir, polis şahidləri və ərazidəki videomüşahidə kameralarının qeydlərini araşdırır.
Namiq Musayev
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












