Binədə yol nişanı aşırıldı; qurum hətrəkətə keçdi - FOTO

Hadisə 4 İyun 2026 16:54
Binədə yol nişanı aşırıldı; qurum hətrəkətə keçdi - FOTO
WhatsApp kanalımıza abunə olun

Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsində, 160 nömrəli marşrut avtobusunun hərəkət etdiyi istiqamətdə avtobus dayanacağını göstərən yol nişanı aşırılıb.
Avtosfer.az-a daxil olan məlumata görə, dayanacaq nişanı yerindən çıxaraq səki kənarına düşüb. Bu isə ərazidən istifadə edən sərnişinlər üçün müəyyən çətinliklər yaradıb.
Mövzu ilə bağlı Avtosfer.az-ın sorğusunu cavablandıran AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, bəzi hallarda yol nişanları kənar müdaxilə nəticəsində zədələnir və ya sıradan çıxarılır:


“Belə hallar müəyyən edildikdə müvafiq tədbirlər görülür və yol nişanlarının bərpası istiqamətində addımlar atılır. Bu kimi hallarla qarşılaşan vətəndaşlar AYNA-ya müraciət edə bilərlər. Sözügedən ərazidə də nişanın bərpası həyata keçiriləcək”, – deyə mətbuat katibi vurğulayıb.
Fatimə Dadaşova

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh