Həmyerlilərini döyərək qarət edəndən sonra ölkədən qaçmaq istəyən şəxsə hökm oxunub

Abşeronda xarici vətəndaşı döyərək qarət etməkdə təqsirləndirilən Şri-Lanka vətəndaşları - Rathnayake Nuvan, Sedara Munasinghe, Dinesh Geethackarigenin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rathnayake Nuvan 15 il, Sedara Munasinghe 14 il 9 ay, Dinesh Geethackarige 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Həmçinin, hökmə əsasən, onlar cəzalarını çəkdikdən sonra ölkədən məcburi çıxarılmalıdırlar.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında baş verib. Təqsirləndirilən şəxslər həmyerliləri olan 1996-cı il təvəllüdlü Pathira Dinuka Nishanthanın şikayəti əsasında tutulublar.
Sentyabrın 21-də gecə Şri-Lanka vətəndaşları -1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 2000-ci il təvəllüdlü Sedara Munasinghe və 1992-ci il təvəllüdlü Dinesh Geethackarige Dinuka Pathiranı Masazır qəsəbəsində evdə döyüblər. Daha sonra onlar həmin şəxsin 3 min dollarını, içində 1400 dollar olan kartını, 1 milyon rupi olan digər kartını və dəyəri 2 min dollar olan mobil telefonunu götürərək uzaqlaşıblar.
Dinuka Pathiranın şikayətindən sonra əməliyyat keçirilib və həmin şəxslər ölkədən çıxmaq istəyərkən hava limanında saxlanılıb.
Onlar Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6 və 29,120.2.7-ci maddələri ilə ittiham olunub.
Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü
Yanacaqdoldurma məntəqəsinin kafesi alovlandı – İlk müdaxiləni vətəndaşlar etdi - VİDEO
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü










