I Dünya müharibəsi zamanı batan gəmi 109 il sonra tapılıb

Şotlandiya sahillərindən təxminən 96 kilometr məsafədə, Şimal dənizində 109 il əvvəl batırılmış Britaniya Kral Donanmasına məxsus hərbi gəminin qalıqları aşkar edilib.
Avtosfer.az BBC-yə istinadla xəbər verir ki, “HMS Nottingham” adlı 150 metrlik döyüş gəmisi 1916-cı il avqustun 19-da alman sualtı qayığı tərəfindən torpidolandıqdan sonra batmışdı. Hücum nəticəsində 38 heyət üzvü həlak olmuşdu.
Gəminin qalıqları beynəlxalq “ProjectXplore” komandası tərəfindən 82 metr dərinlikdə müəyyən edilib. Tarixi əhəmiyyətli gəmi qəzalarının yerini müəyyənləşdirməyi hədəfləyən bu ekspedisiya gəminin ölçüləri, avadanlığı və vəziyyətinin tarixi məlumatlarla üst-üstə düşdüyünü bildirərək onun “HMS Nottingham” olduğunu bildirib.
Dalğıclar gəminin gövdəsində “Nottingham” yazısı, üzərində Kral Donanmasına məxsus mavi tac simvolu olan boşqablar və digər əlamətləri də aşkarlayıblar. Məlumata görə, kəşfiyyat missiyası zamanı gəmi alman sualtı qayığı tərəfindən sol tərəfindən üç dəfə vurulmuşdu.
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı












