Amnistiya ilə çıxdı, ətçəkənlə çaydan oğurlayıb yenidən HƏBS EDİLDİ

Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum edilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1993-cü ildə Bakı şəhərində anadan olmuş F.H. Nizami rayonunda yerləşən yaşayış binasının blokundakı dolabdan ətçəkən maşın, "Tefal" markalı çaydan və mikser oğurlamaqda təqsirli bilinib.
Hadisə Ş.Mirzəyev küçəsi 68A ünvanında baş verib. Məhkəmənin müəyyən etdiyi hallara görə, F.H. dolabın qıfılını qıraraq saxlanc yerinə daxil olub və ümumilikdə 600 manat dəyərində əşyaları götürüb.
F.H. məhkəmədə ittihamı qismən qəbul edib. O, ətçəkən maşın və çaydanı götürdüyünü, lakin mikser oğurlamadığını iddia edib. Həmçinin dolabın qıfılını sındırmadığını bildirib. Zərərçəkmiş isə bütün əşyaların dolabdan yoxa çıxdığını və ona dəymiş ziyanın ödənilmədiyini deyib.
Araşdırmada məlum olub ki, F.H. 2025-ci ildə oğurluq və narkotiklə bağlı cinayətlərə görə 2 il 2 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası azaldılaraq 1 il 11 ay 24 gün müəyyən olunub və amnistiya aktı ilə azadlığa buraxılıb.
Lakin azadlığa çıxdıqdan sonra yenidən cinayət törədib. Bundan başqa, barəsində araşdırma aparıldığı müddətdə xırda talamaya görə iki dəfə inzibati həbs cəzası aldığı da üzə çıxıb.
Məhkəmənin hökmü ilə F.H. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki tutulma müddəti nəzərə alınmaqla, üzərində 2 il 6 ay 28 gün həbs cəzası saxlanılıb. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı












