İşçi istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ala bilərmi? - FOTO

Sosial şəbəkədə paylaşım edən bəzi istifadəçilər çalışdıqları şirkətdə istifadə etmədikləri əmək məzuniyyətinin silinəcəyi barədə xəbərdarlıq aldıqlarını bildiriblər.
Onların sözlərinə görə, işçilərə iş ili ərzində məzuniyyətə çıxmadıqları halda, əlavə üç ay vaxt verilir. Həmin müddətdə məzuniyyətdən istifadə etmədikdə qalan günlər ləğv olunur.
Maraqlıdır, işçinin istifadə etmədiyi əmək məzuniyyəti günlərinin ləğv olunması qanunvericiliklə mümkündürmü? İşçi istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ala bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov heç bir halda əmək məzuniyyətinin ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmadığını deyib.

"İşçi hər hansı səbəbdən əmək məzuniyyəti hüququndan istifadə etməyibsə, növbəti ildə əvvəlki ildən qalan məzuniyyətini növbəti məzuniyyəti ilə birləşdirərək istifadə edə bilər.
Əmək Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, işçi məzuniyyətə çıxmaqla bağlı ərizə ilə müraciət etmədikdə, işəgötürən ona əvvəlcədən xəbərdarlıq etməklə birtərəfli qaydada əmr verərək onu məcburi şəkildə əmək məzuniyyətinə göndərə bilər.
Digər halda isə, bu və ya digər səbəbdən işçi əmək məzuniyyətindən istifadə etməyibsə, işəgötürən ilin sonunda əsas və əlavə məzuniyyət günlərini də nəzərə almaqla ona pul kompensasiyası ödəyə bilər.
Bütün bu hallar mövcuddur, lakin heç bir halda əmək məzuniyyətinin ləğv edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmayıb".
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR












