Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI

Canlı yayım açan qadına gül atan 5 uşaq atası məhkəməlik olub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, 30 yaşlı Məmməd Muxtarov (ad şərti) yaşadığı evdə sərxoş halda tiktoker qadının açdığı canlı yayımına qoşulub. Yayım zamanı o, həmin qadına hədiyyə olaraq, gül atıb. Bunu görən onun 26 yaşlı həyat yoldaşı Samirə Muxtarova (şərti adla) qısqanclıqdan modemi cərəyandan ayırıb. Məmməd buna əsəbiləşdiyi üçün cütlü arasında mübahisə yaranıb.
Mübahisə zamanı Məmməd taxta parçası ilə arvadının qoluna zərbə vurub. Nəticədə qadının dirsək sümüyü sınıb.
Faktla bağlı M. Muxtarov barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və himayəsində 5 övladının olmasını bildirib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə M. Muxtarov 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR












