İranda hərbi gəmi qəzaya uğrayıb - FOTO

İranda hərbi gəmi qəzaya uğrayıb.
APA-nın verdiyi xəbərə görə, “Sahand” freqatı Bəndər-Abbas limanı yaxınlığındakı hərbi dəniz bazasında qəzaya uğrayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə 2018-ci ildə İran Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilmiş gəminin çevrildiyi və əksər hissəsinin suya batdığı görünür.
ISOICO şirkətinin baş direktoru Salman Zarbi qəzanın baş verdiyini təsdiqləyib. Bunun səbəbinin isə təmir zamanı gəminin balans çənində problemlərin yaranması və ya təmir zamanı şaxtadan freqata su daxil olması ehtimalı olduğu bildirilib. Salman Zarbi gəminin sudan çıxarılaraq təmir edilməsinin mümkün olduğunu da söyləyib.
Xəsarət alanlarla bağlı hələ rəsmi məlumat açıqlanmasa da, “Mehr News” bir neçə nəfərin xəsarət aldığını yazıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












