Kiberhücumlar nəticəsində şirkətlər 267 milyard avro itirib

Koronavirus səbəbiylə internetdən istifadənin artması kiberhücumçuların da artmasına səbəb olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, xüsusilə 2020-ci ildə kiberhücumların sayında əhəmiyyətli dərəcədə artım qeydə alınmışdı.
Koronavirusla birlikdə artan kiberhücumlar bu gün də intensiv şəkildə davam edir. Üstəlik, bu hücumların sənayeyə vurduğu ziyan milyardlarla dollara çatır.
Almaniyanın informasiya, kommunikasiya və yeni media sektorlarının çətir təşkilatı olan BITKOM-un 1000 şirkətlə keçirdiyi kiber hücumlar sorğusunun nəticələri açıqlanıb.
BITKOM-un sorğusuna görə, alman şirkətlərinə edilən kiberhücumların ümumi zərəri son 12 ayda əvvəlki ilə nisbətən 29 % artaraq 266,6 milyard avroya çatıb.
Kiberhücuma məruz qalan şirkətlərin 70 faizi hücumu mütəşəkkil cinayətlə əlaqələndirdiyi halda, 45 faizi ən azı bir hücumun Çindən olduğunu bildirib. Almaniya şirkətlərinə edilən kiberhücumlarda Rusiya 39 faizlə ikinci yeri tutub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












