Lənkəran və Astaranı su basdı: insanlar belə çıxarıldı - VİDEO

İntensiv yağan yağışlar nəticəsində Lənkəran rayonunun Narbağı, Astara rayonunun Təngərüd və Maşxan kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, bununla əlaqədar ərazilərə cəlb olunan FHN-in Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi həyata keçirilib, müvafiq təhlükəsizlik tədbirləri görülüb. Qeyd olunan yaşayış məntəqələrindən 4-ü uşaq olmaqla ümumilikdə 11 nəfər təxliyə olunub.
Bundan əlavə, Hacıqabul rayonun İkinci Udullun kəndində subasma nəticəsində evdə köməksiz vəziyyətdə qalmış bir nəfər Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən təxliyə edilib.
Həmçinin, Mülki müdafiə qoşunlarının xilasediciləri tərəfindən Qəbələ rayonunun Solquca kəndi yaxınlığında çayda suyun artması səbəbindən çay yatağında qalan içərisində 4 nəfərin olduğu minik avtomobilinin çıxarılması üçün müvafiq köməklik göstərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












