Lənkəran xəstəxanasında 54 yaşlı kişi əməliyyat zamanı ÖLDÜ

Lənkəranda xəstə əməliyyat zamanı ölüb.
Avtosfer.az xəbər verir ki, Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Mübariz Yusif oğlu Şərifov ürəyində yaranan problemə görə xəstəxanaya müraciət edib. Xəstəni Bakı şəhərindən gedən həkim Yusif Abdulov müayinə edib və onda ürək damarlarında tutulma olduğunu bildirib, təcili əməliyyat olunmasını zəruri hesab edib.
M.Şərifovun oğlu Yusif Şərifzadə bildirib ki, əməliyyat avqustun 26-da saat 14-ə təyin olunub.
Həkim onlara əməliyyatın müəyyən səbəblərə görə gecikdiyini bildirib: "Saatlar keçdi, həkimlər atamdan heç bir məlumat vermədi. Axşam saat 12 radələrində bizə məlumat verdilər ki, xəstə əməliyyat zamanı ölüb. Biz bunu həkim səhlənkarlığı hesab edirik. Bu saata kimi atamın ölüm səbəbi bizə deyilməyib. Heç bir həkim bizi qəbul etmir".
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(apa)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












