Maşınla DSX əməkdaşını vuraraq öldürən şəxsə cəza verildi

Ucar Rayon Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Fikrət İslamovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fikrət İslamov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 8 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü il oktyabrın 5-də, saat 17:39-da Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Fikrət İslamov idarə etdiyi "Daimler Chrysler E200" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, Göyçay sakini, 1997-ci il təvəllüdlü Elçin İslamovu vurub. Nəticədə piyada hadisə yerində ölüb
Hadisədən sonra sürücü saxlanılıb və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Zərərçəkmişin hüquqi varisi olan atası məhkəmədə bildirib ki, hazırda Fikrət İslamov tərəfindən dəymiş ziyan tam ödənilib, onunla barışıb, heç bir iddiası, şikayəti və maddi tələbi yoxdur.
Qeyd edək ki, Elçin İslamov Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub. O, Cəbrayıl rayonunda xidmət edib (pravda.az).
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












