Mina daşıyan şəxs öldürülüb, 4 nəfər həbs edilib
Hadisə
3 Dekabr 2025 21:18

Suriyadan Livana yüzlərlə minanı qaçaqmalçılıq yolu ilə keçirmək cəhdinin qarşısı alınıb. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, qaçaqmalçılardan biri Suriya təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, digər dörd nəfər isə həbs edilib. Məlumata görə, zərərsizləşdirilən dəstə üzvləri minaları Hizbullaha ötürmək üçün Livana keçirməyə çalışıb. Suriyanın Livanla sərhədə yaxın olan Yabrud adlı bölgəsinin təhlükəsizlik direktoru 1250 minanın Suriya təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirildiyini bildirib. Qeyd edək ki, Suriyada keçmiş Prezident Bəşər Əsədin hakimiyyət dövründə Suriya Hizbullaha silah transferi üçün əsas koridor rolunu oynayıb.
Oxunub : 536
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 07:00
Zooparkdan nadir heyvanlar oğurlandı
3 Noyabr 2026 18:20
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
3 Noyabr 2026 13:11
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
3 Noyabr 2026 12:23
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
3 Noyabr 2026 12:11
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
2 Noyabr 2026 17:00
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
2 Noyabr 2026 16:00
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
2 Noyabr 2026 09:48
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
1 Noyabr 2026 16:17
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
31 Oktyabr 2026 15:00
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
30 Oktyabr 2026 17:30
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
30 Oktyabr 2026 16:44
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
ŞƏRH YAZ












