Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ

Bakıda tanınmış həkimlər Arif Məmmədov və Cahid Şahbazov adından və fotosundan istifadə edilərək dələduzluq əməli törədilib.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü R.A internetdən adıçəkilən həkimlərin fotosunu əldə edərək vatsapda profil şəkili qoyub və onların adından istifadə edərək tanışlarından pul alıb.
Təqsirləndirilən şəxs hər iki həkimin adından onların tanışı olan həkimlərə vatsapda yazaraq, müalicəyə ehtiyacı olan uşaqlara yardım kampaniyası keçirildiyini bildirib.
R.A Arif Məmmədovdan bu üsulla 1000, Cahid Şahbazovdan isə 700 manat almağı bacarıb.
Təqsirləndirilən şəxs həkimlərə dəymiş maddi ziyanı ödəyib. "Konstitusiya və Suverenlik İli" münasibətilə onun barəsində amnistiya elan edilib və CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.
Qeyd edək ki, R.A Vətən müharibəsi iştirakçısıdır və o, "Cəsur döyüşçü" medalı ilə təltif olunub.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












