Müsabiqədə bahalı telefon qazanan yeniyetmə xoş niyyətinin badına getdi

Bakıda futbol müsabiqəsində bahalı telefon qazanan yeniyetmənin sevinci uzun sürməyib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hədiyyəsini alıb mağazadan çıxan zaman başqa bir şəxs telefonu onun əlindən alaraq qaçıb.
Hadisə barədə sosial şəbəkədə paylaşım edən yeniyetmənin anası Esmira Azayeva bildirib ki, tanımadıqları şəxs oğluna yaxınlaşaraq həmin telefondan almaq niyyətində olduğunu, və xüsusiyyətlərinə baxmaq istədiyini deyib.
Yeniyetmə də aldanaraq telefonu ona uzadıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, dekabrın 6-da Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub:
"Müraciət üzrə Yasamal RPİ 29-cu Polis Şöbəsində araşdırmalara başlanılıb. Əməli törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər keçirilir".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












