Müstəntiq baş direktorla müavinini üzləşdirdi - Xəstələrdən 5 manat yığılıb

Respublika Narkoloji Mərkəzinin rüşvətə görə həbs edilən baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Qafqazinfo” direktor və müavininin cinayət işinin bəzi detallarını əldə edib.
Əvvəlcə onu deyək ki, həkimlərin hər ikisi qanunsuz əməllərinə görə özlərini qismən təqsirli bilir. Xüsusilə eks-baş direktor ittihamın böyük hissəsi ilə razı deyil.
İstintaq materiallarında yazılıb ki, Mərkəzin baş direktoru və müavini əlbir olaraq alkoqolizmdən və narkomaniyadan əziyyət çəkən xəstələrin müalicəsinin təşkil edilməsi, müalicə olunma müddətinin uzadılması, müalicəsini birnəfərlik palatada davam etdirməsi, daha keyfiyyətli müalicə üçün xəstə yaxınlarından rüşvət alıb.
.jpg)
Bundan başqa, E.Mustafayev müavininin əli ilə Mərkəzin həkim narkoloqlarından birindən işini davam etdirməsində maneə yaradılmaması və yaş həddi ilə bağlı təqaüd məsələsinin qabardılmaması məqsədilə pul istəyib. Belə ki, onun qarşısına xəstələrdən aldığı puldan rəhbərliyə çatdırılması tələbi qoyulub. Bu danışıqdan sonra həkimin evə buraxılarkən hər xəstədən aldığı 5 manat və yaxınlarının minnətdarlıq kimi 100 manat məbləğində etdikləri “hörmət”in 50 manatını Zamin Əliyevə verib.
Mərkəzin direktoru müstəntiqə verdiyi ifadəsində müavininin kimlərdən, hansı yolla pul almasından məlumatlı olmadığını, razılaşmaya əsasən, həftədə bir dəfə ona pul çatdığını etiraf edib. E.Mustafayev Z.Əliyevin ümumilikdə ona 3 min 800 manat pul verdiyini deyib. Hər evə buraxılan xəstədən 5 manat, yaxınlarından 100 manat alınmasına gəlincə sabiq direktor bundan xəbərsiz olduğunu bildirib.
Zamin Əliyev isə ifadəsində daha açıq danışıb, kimlərdən hansı cür rüşvət aldığını etiraf edib.
E.Mustafayev və Z.Əliyevin qismən ziddiyyətli ifadələrinə görə müstəntiq onları üzləşdirib. Z.Əliyev qanunsuz əməllərini tək-tək sadalayıb. Toplanan vəsaitdən 30 faizini özünə götürdüyünü, qalanını isə direktora verdiyini onun üzünə deyib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyatla Mərkəzin direktoru E.Mustafayev və müavini Z.Əliyev saxlanılıb. Həkimlər külli miqdarda rüşvət almaqda ittiham edilirlər.
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü










