Azərbaycanda vəzifəli şəxs cərimələndi

“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov cərimələnib.
Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Mərkəzi Nəbatat Bağı barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələblərin pozulması) tələblərinin pozulmasına dair protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Araşdırma zamanı müəyyən edilib ki, ötən il Mərkəzi Nəbatat Bağında iki nəfər – V.B. və Ə.Ə. xəsarət alıb. Hadisədən sonra aparılan yoxlamalar nəticəsində onların istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədiyi üzə çıxıb.
Məhkəmənin qərarı ilə Əli Cəfərov İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, bu ilin fevralında Prezident İlham Əliyev “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” MMC-yə çevrilmə yolu ilə yenidən təşkili barədə sərəncam imzalayıb.
Bakıda kişi qadınlara qarşı görün nə etdi - Avtobusda ŞOK OLAY - VİDEO
Avtobusun altında qalmaqdan son anda qurtulan gənc qız sürücüyə irad bildirdi - VİDEO
Bakıda avtomobil təmiri sexində YANĞIN - VİDEO
Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər - VİDEO
Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu
Polis əməliyyat keçirdi; Samir Mirzəyev saxlanıldı - FOTO - VİDEO
Kişi tanışını güllələdi, sonra... - Ağdamda cinayət hadisəsi
Vüqar Ağayev BƏRAƏT ALDI: azərbaycanlı kriminal avtoriteti kim öldürüb?
“Sədərək”də yanğın təhlükəsi - VİDEO
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları - VİDEO
Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO










