Jurnalistlər vəsiqə almaq üçün ödəniş etməyəcəklər – MEDİA - FOTO

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.
Qeyd edilib ki, hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsi ilə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydasına dair məsələlər tənzimlənir. “Media haqqında” Qanuna dəyişiklik layihəsinin 2.18.1.2-ci maddəsinə əsasən isə 70.1-ci maddədən “onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası” sözlərinin çıxarılması təklif olunur:
“Bu isə o deməkdir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ödənişsiz əsaslarla həyata keçiriləcək”.
Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurum – Media və Yayım Şurası yaradılır.
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edib./apa

İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












