Nicat Lənkəranskini öldürməyə cəhd edənlər apellyasiya şikayəti veriblər

Bakıda "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
Bu barədə APA-ya təqsirləndirilən şəxslərdən biri olan Vüqar Quliyevin vəkili Hikmət Əliyev məlumat verib.
Belə ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və V.Quliyevin barəsində bəraət hökmünün çıxarılması istənilib.
İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər məhkəməsində verilən hökmə əsasən, təqsirləndirilən şəxslər - Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay və Ramal Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.
İstintaqla müəyyən edilib ki, Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açıblar.
Nicat Lənkəranskinin atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimli müxtəlif xəsarətlər alıblar.
Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş, Nicat Əkbərov kriminal aləmdə "Nicat Lənkəranski" adı tanınır. Onun kriminal avtoritet mərhum Rövşən Canıyevə (Lənkəranski) bağlı olduğu bildirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












