Novxanıda güclü partlayış: Vüqar Həşimovun valideynlərinin vəziyyəti ağırdır - FOTO - VİDEO - YENİLƏNİB

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbi ilə bu gün saat 08:10-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən verilən xəbərə görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib:
"Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".
Qeyd edək ki, xəsarət alanlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Qasım Həşimov və Aidə Həşimovadır.
09:26
Novxanıda partlayış baş verən evdə xəsarət alanlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
Bu barədə Avtosfer.Az APA-ya istinadən xəbər verir.
09:02
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə əməliyyatı sayəsində Abşeron rayonu, Novxanı kəndində dağıntılar altından 2-ci vətəndaş sağ çıxarılaraq xilas edilib.
Bununla bağlı FHN-dən məlumat verilib.
Əlavə məlumat veriləcək.



08:50
Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunublar.
Bununla bağlı FHN-dən məlumat verilib.
Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.
Əlavə məlumat veriləcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












