Banner

Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO

Avtosfer TV 5 Oktyabr 2026 17:00
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonu, Nübar qəsəbəsində yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, qəsəbə sakinlərindən biri yolun hazırkı vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Kadrlardan göründüyü kimi, yolun asfalt örtüyü yoxdur. Ərazidə dərin çuxurlar və iri daşlar var. Xüsusilə əlverişsiz hava şəraitində yol palçığa qərq olur ki, bu da həm sürücülərin, həm də piyadaların hərəkətini çətinləşdirir.

Şikayətçinin sözlərinə görə, qəsəbədə bu problem uzun müddətdir mövcuddur. Buna baxmayaraq, aidiyyəti qurumlar tərəfindən yolun bərpası istiqamətində hər hansı tədbir görülməyib.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227570.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 350
ŞƏRH YAZ
Ad

E-mail

Şərh