Təhsil sistemində nə dəyişməlidir ki, şagirdlər kəşflərə meyillənsin? – AÇIQLAMA

Xəbərlər 5 Oktyabr 2026 18:45
Təhsil sistemində nə dəyişməlidir ki, şagirdlər kəşflərə meyillənsin? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Nohurqışlaq kənd İlham Abdulkərimov adına tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Murşudov Uğur Ürmuz oğlu fizika dərsi zamanı plastik əşyalardan istifadə edərək maraqlı maket hazırlayıb. Şagirdin hazırladığı layihə yaradıcı yanaşması və texniki düşüncəsi ilə diqqət çəkib.

Avtosfer.az xəbər verir ki, layihə fizika dərsi çərçivəsində təqdim olunub. Uğur gündəlik istifadə olunan plastik materiallardan yararlanaraq boşaldıcı maket hazırlayıb. Şagirdin bu təşəbbüsü onun yaradıcılıq və praktiki bacarıqlarını nümayiş etdirib. Bəs ölkənin thəsil sistemində nələr edilməlidir ki, təkcə Uğur Murşudov yox, başqa şagirdlər də bu cür yaradıcılığa daha çox meyillənsin?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Avtosfer.az-a açıqlamasında bildirib ki, bu dəqiqə təhsil sistmeinin ən çox diqqət eməli olduğu ən ciddi məsələlərdən biri də məhz budur:

"Artıq indi bütün təhsil, orta təhsildən tutmuş ali təhsilə qədər, bilik və bacarığın, nəzəriyyənin praktikaya, tədqiqatın tətbiqə çevrildiyi bir mərhələdir. Bu gün fizika istiqamətində kiçik bir detalı hazırlamaq bir fizika kitabını əzbərdən bilməkdən daha vacibdir. Müasir təhsil trendlərini hazırlayan böyük təhsil ölkələri bunu deyirlər. Oradakı mütəxəssislər bunu bildirirlər və bu detal məni həmişə narahat edib. Müsahibələr keçirdik, məsələn, “Sabahın alimləri”. “Sabahın alimləri”nin bir neçə dəfə final bağlanış mərasimində mən də iştirak etmişəm. İnanılmaz qədər orada bacarıqlı uşaqların olduğunun şahidi olmuşam. Bəzən səsləndiriblər, nələri ixtira ediblər, nələri yaradıblar. Bəziləri mobil tətbiq, applikasiya, hər şey gətirib ortaya qoyub. O da bir işdir. Yaxşı, bundan sonrakı taleyi necə olub? Məsələn, yadıma gəlir ki, məktəblərdən biri ağıllı əlcək ixtira etmişdi. Başa düşürəm, müəyyən boşluqları ola bilər, bazarda tam olaraq özünü doğrultmaya bilər, amma onu müəyyən qədər düzəltmək, təkmilləşdirmək olar. Niyə biz bunun ardınca getmirik? Bizdə ümumiyyətlə təhsil və startap anlayışı, startapçılıq meyilləri çox geridədir. Bu məni çox incidir, məni çox narahat edir. Bu gün təhsildə startap, təhsildə innovasiya amili daha çox qabardılmalıdır. Nəinki digər məsələlər. Çox geridə qalırıq, çox. Bu istiqamətlərdə Çin, Sinqapur, Yaponiya, Koreya gənclərini hələ demirəm. Avropaya da çox uduzuruq, qonşularımıza da çox uduzuruq. Rusiyadan geri qalırıq. Qardaş türk ölkələrinə də uduzuruq: Özbəkistan, Qazaxıstan, Türkiyə. Bəli, onların inkişafı bizi sevindirir, amma Özbəkistanın, Qazaxıstanın, Türkiyənin inkişafı bizi sevindirsə də axı, bizim potensialımız kimdənsə geri qalmır. O istiqamətdən söhbət gedir. Bəli, Koreyadan, Çindən geri qala bilərik, olsun. Onlar artıq illərdir, onilliklərdir ki, bu istiqamətdə təcrübəyə malikdirlər. Texnologiyadan söhbət gedir. Amma digər startapçılıq və innovativ işlərdə biz geri qalmamalıyıq. Bununla bağlı xüsusi proqram olmalıdır. Məktəblərdə, təhsildə startapçılıq ideyaları çox gündəmə gətirilməlidir".

Fatimə

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh