Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO

Türkiyənin Bursa şəhərində polisin alkoqol yoxlanışını görən sürücü lüks idman avtomobilini geri çəkərək qaçmağa çalışıb.
Bu barədə Avtosfer.az İHA-ya istinadən xəbər verir.
Polis qrupları tez zamanda sarı "Lamborghini Gallardo"nu park edilmiş vəziyyətdə tapsa da, sürücü kolluqlara qaçıb və orada da yuxuya gedib. Polislər daha sonra onu kolluqlarda yatmış vəziyyətdə tapıb.
Alkotesteri üfürməkdən imtina edən sürücü yenidən qaçmağa başlayıb. Ona 550 000 lirə cərimə kəsilib, 10 milyon lirəlik avtomobili 60 gün müddətinə müsadirə edilərək dayanacağa aparılıb. Daha əvvəl də iki dəfə saxlanılan kişinin sürücülük vəsiqəsi 2042-ci ilə qədər əlindən alınıb. Motor ustası olan kişinin daha əvvəl də iki dəfə sürücülük vəsiqəsinin əlindən alındığı məlum olub.
Sürücü Kaya Ali A. ilə onu yuxuda ikən aşkarlayan polislər arasında keçən dialoq gülüş yaradıb.
"Burada nə edirsən?" - deyə polis soruşub.
"Yatırdım. Xoruldayırdım?" - deyə sürücü cavab verib.
"Orada yatmaqmı olar?" - deyə daha sonra jurnalistlərdən biri soruşub.
"Vallah, yuxuya getmişəm", - deyə sürücü bildirib.



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












