Oğuzda zibil problemi: əhali və bələdiyyə bir-birini günahlandırır - FOTO

Oğuz rayonunun dağlıq ərazidəki Baş Daşağıl kəndində məişət tullantıları ilə bağlı çətinliklər yaranıb. "Report"un məlumatına görə, qeyd olunan problem Baş Daşağıl kəndinin girişindən keçən eyni adlı çayın kənarında daha qabarıq müşahidə edilir.
Kənd sakinləri bildiriblər ki, həmin ərazidə nəzarətsiz atılan məişət tullantıları ilə yanaşı, ölmüş ev heyvanlarının cəsədlərinə də rast gəlmək mümkündür. Bu isə antisanitariya təhlükəsizi artırır.
Sakinlərinin sözlərinə görə, ümumiyyətlə, kənddə indiyə qədər nə zibil qabları olub, nə də zibilin atılması üçün konkret yer müəyyən yer ayrılıb. Bu səbəbdən də sakinlər məişət tullantılarını kəndin kənarındakı çay kənarına atmaq məcburiyyətində qalır.
Ərazinin zibillənməsi oranı həm də sahibsiz itlərin məskəninə çevirib. Sakinlər bildiriblər ki, problemin həlli üçün kənd bələdiyyəsinə dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb.
Baş Daşağıl kənd bələdiyyəsinin sədri Maarif Şirinov açıqlamasında ərazinin çirklənməsinə görə kənd sakinlərini günahlandırıb:
"Yaxınlıqda məişət tullantılarının atılması üçün xüsusi xəndək olsa da, bəzi vətəndaşlar tullantıları o xəndəyə deyil, ətrafa atır. Buna baxmayaraq, bələdiyyə tərəfindən yaxın günlərdə əraziyə texnika cəlb olunacaq, məişət tullantıları həmin xəndəyə atılacaq və ərazi zibildən təmizlənəcək".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
















