Banner

Palm Biçdə təyyarə evin üzərinə düşdü - VİDEO

Hadisə 2 Noyabr 2026 09:53
Palm Biçdə təyyarə evin üzərinə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə olun

ABŞ-nin Florida ştatının Palm-Biç bölgəsində yerə çırpılan "Learjet 60" təyyarəsinin qadın pilotu qəzadan saniyələr öncə dispetçerlə əlaqə yaradaraq hündürlüyün kəskin şəkildə azaldığını bildirib.

Avtosfer.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Qəzet qadın pilotun son sözlərini belə təqdim edib:

"Dəqiqədə 8 min fut enirik, "meydey", "meydey", 10 min fut aşağı düşürük, sürətimiz artır, dəqiqədə 20 min fut eniş edirik".

Daha sonra o, fəryad edərək son olaraq bu sözləri qışqırıb:

"Biz indicə yerə çırpılacağıq! Lənət olsun, artıq vaxtımız qalmadı!"

Qeyd edək ki, ABŞ-nin nəqliyyat naziri Şon Daffi bir müddət öncə Palm-Biçdə (Florida ştatı) küçəyə düşən təyyarənin göyərtəsində doqquz nəfərin olduğunu və faciə zamanı heç kimin sağ qalmadığını açıqlamışdı.

***

ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində qəzaya uğrayan "Learjet 60" biznes təyyarəsində olan doqquz nəfərin hamısı həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "X" sosial şəbəkə hesabında məlumat verib."Bu gün Palm-Biç dairəsində baş verən təyyarə qəzası dəhşətli faciədir. Təyyarədə olan doqquz nəfərin hamısı həlak olub", - deyə o yazıb.

Daffi əlavə edib ki, təyyarə daha əvvəl Texas ştatının Ostin şəhərindən havaya qalxıb və Baham adalarına doğru hərəkət edirmiş.ABŞ-də təyyarə yerə çırpıldı, bütün heyət öldü: Pilotun son sözü nə olub? - Anbaan görüntülər

 


 

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh