Park edilmiş avtomobildən meyit tapıldı

İstanbulun Küçükçekməcə rayonunda asfaltlama işləri aparan İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) bağlı İSTAÇ əməkdaşları park vəziyyətində olan bir avtomobildə hərəkətsiz qalan şəxsi aşkarlayıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə İstasyon Caddesi, Halkalı Marmaray dayanacağı yaxınlığında baş verib. Yol kənarında uzun müddətdir park edilmiş avtomobillərin yığışdırılması üçün əraziyə gələn işçilər, maşında sürücü yerində oturan şəxsi oyatmaq istəyiblər. Onu hərəkətsiz halda görən əməkdaşlar dərhal polis və təcili tibbi yardıma məlumat veriblər.
Əraziyə gələn polis əməkdaşları da şəxsi oyatmağı bacarmayıb avtomobilin şüşəsini sındıraraq qapını açıblar. Sağlıq işçilərinin yoxlaması zamanı həmin şəxsin artıq həyatını itirdiyi müəyyən olunub.
Prokurorluq və hadisə yeri müstəntiqlərinin araşdırmalarından sonra meyit otopsi üçün Ədli Tibb Qurumunun morquna göndərilib. Avtomobil isə çəkici vasitəsilə otoparka aparılıb.
Məlumata görə, avtomobil təxminən 10 gündür Marmaray dayanacağı önündə park vəziyyətində imiş. Hadisə ilə bağlı araşdırma davam edir.(Sonxeber.az)
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












