Pilot hava şarında diri-diri yanıb ÖLDÜ

Moskva yaxınlığındakı Ramenskoyedə bir nəfər hava şarının uçuşu zamanı ölümcül yanıq xəsarətləri alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, evli cütlük romantik bir uçuş sifariş edib. Onlar havada olan zaman yanğın başlayıb. Cütlük və pilot ağır yanıq xəsarətləri alıb. Şarı idarə edən şəxs şarı yerə endirə bilsə də, bir müddət sonra dünyasını dəyişib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü "Hava nəqliyyatının istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi ilə cinayət işi başlanıb. İstintaq uçuş təşkilatçısını məsuliyyətə cəlb etmək niyyətindədir. İstintaq Komitəsinin məlumatına görə, o, hava şarının dizaynında təhlükəli dəyişikliklər olduğunu bilsə də, uçuşa icazə verib. İşə yaxın vaxtlarda məhkəmədə baxılacaq.
baku.vs
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












