Polis maşını partladıldı: 6 ölü, 5 yaralı

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində polis maşınının partlaması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb. APA xəbər verir ki, bu haqda “Khaama Press” avqustun 22-də polisə istinadən məlumat yayıb. Taliban polis idarəsinin nümayəndəsinin sözlərinə görə dini məktəbin azı 6 şagirdi öldürülüb. Daha bir tələbə və dörd Taliban üzvü yaralanıb.
Polis maşınının marşrutunda partlayış yerli vaxtla saat 12:30-da baş verib. Bu zaman tələbələr və onların müəllimləri təhsil məqsədi ilə Dara Nur bölgəsinə gediblər.
Qeyd olunur ki, ərazidə fəaliyyət göstərən qruplardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Eyni zamanda, agentlik son vaxtlar İŞİD yaraqlılarının tez-tez Taliban tərəfdarlarına qarşı hücumlar həyata keçirməyə başladığını, bununla da regionda vəziyyətin qeyri-sabitliyinə şərait yaratdığını diqqətə çatdırıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












