Prospektdə qayda pozan piyada sürücüyə əl-qol atıb etiraz etdi - VİDEO

Paytaxtın 8 Noyabr prospektində qayda pozan piyada avtomobil kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 28-də saat 15:13 radələrində qeydə alınıb. Kadrdan görünür ki, yolu təyin olunmamış yerdən keçən piyadalar sürücüyə çətin anlar yaşadıb. Onlar yaxınlaşan avtomobilə məhəl qoymadan hərəkətlərinə davam ediblər. Mövcud vəziyyəti görən sürücü əsəbiləşərək piyadalardan birinə iradını bildirib. Piyada isə qayda pozmasına baxmayaraq əli ilə geri çönərək sürücüyə etirazını göstərib.
Qeyd edək ki, hadisə baş verən ərazidən irəlidə piyada keçidi mövcuddur.
Sürücülər yolu keçən piyadalara diqqət yetirməli, piyadalar isə yalnız təyin olunmuş piyada keçidlərindən istifadə etməlidir. Bu sadə qayda həm qəzalardan qoruyur, həm də hərəkətdə təhlükəsizliyi təmin edir.
Nərmin
Bakıda qardaş qardaşı tüfənglə vurub öldürdü
Mağazadan 100 min manat dolu çamadan oğurlandı - HADİSƏ ANI - VİDEO
Daşkəsənin qəsəbə yolunda çökmə baş verdi - FOTO - VİDEO
Azərbaycanda dəhşətli qətl: Oğul anasını baltalayıb sonra özünü öldürdü
İlkinin maşınına su sıçratdılar; o da görüntüləri paylaşdı - VİDEO
Bir tərəfdə qayda pozanlar, digər tərəfdə nümunəvi piyada - VİDEO
Nərimanovda avtomobildən oğurluq edən 27 yaşlı Qabil ifşa olundu - FOTO - VİDEO
“VAZ” dairəsinin yaxınlığında gölə girən “BYD” suda batdı – Elektronika məhv oldu - VİDEO
Masazırda “Hyundai” və “BMW” yandı - VİDEO
DTX xaricdə qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlıları müəyyən etdi - VİDEO
Badamdarda avtomobillər uçqunun ALTINDA QALDI - VİDEO










