“Pullar Asəf Məmmədov və Səhhət Həbibbəyliyə çatdırılıb”

Naxçıvanı sabiq maliyyə naziri ilə Gömrük Komitəsinin keçmiş şöbə rəisinin məhkəmə prosesi davam etdirilib. "Report"un xəbər verir ki, iyunun 27-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi olub. Faiq Heydərovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda şahidlərin ifadələri dinlənilib.
Şahidlər bildiriblər ki, gömrük postlarında rəsmi proqramla yanaşı, qeyri-rəsmi proqramlar da olub. Dövlət tərəfindən müəyyən edilən vəsait yığımı həddi təmin edildikdən sonra qalan pullar qeyri-rəsmi proqram vasitəsilə yığılıb.
Bu prosesin 2004-cü ildən bəri belə davam etdiyi bildirilib. Gömrük postlarında yığılan pulların miqdarı hər ay fərqli olub. İfadələrdə qeyd edilib ki, hətta terminallardakı tərəzilərdən istifadəyə görə də pullar yığılıb. Toplanan pulların məbləği hər ay 100 min manata yaxın olub. Yığılan pullar maliyyə işçiləri vasitəsilə Rafael Əliyev və Mənsur Əsgərova verilib.
Təqsirləndirilən şəxslər R.Əliyev və M.Əsgərov şahidlərin ifadələrini təsdiqləyərək deyiblər ki, pulları Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədrləri Asəf Məmmədova, daha sonra isə Səhhət Həbibbəyliyə çatdırıblar.
Zərərçəkmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə müraciətində zərərin tam ödənilməsinin təmin olunmasını xahiş edib.
Növbəti məhkəmə prosesi avqustun 12-nə təyin olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












