Qaraçuxurda əks yola çıxan sürücü qəzadan möcüzəvi şəkildə qurtuldu - REAL VİDEO

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində təhlükəli an avtomobilin kamerasına düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 7-də saat 12:48 radələrində qeydə alınıb. Belə ki, 90-CL-750 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı avtomobilin sürücüsü qarşısında hərəkətdə olan sərnişin avtobusunu ötmək üçün əks istiqamətli yola çıxıb. Bu zaman o, sol tərəfdən yolayrıcına daxil olan 77-KY-221 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə toqquşmaqdan son anda yayınıb. Videodan da aydın olur ki, görüntünü qeydə alan sürücü dərhal sağa manevr edərək qəzadan qurtulub.
Qeyd edək ki, ötmə əməliyyatı yalnız yol nişanları və işarələr icazə verdiyi halda, həmçinin sürücü tam təhlükəsizliyə əmin olunduqdan sonra həyata keçirilməlidir. Əks halda o təkcə özünü deyil, digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoyur.
Nərmin
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












