Qasırğa nəticəsində 336 aviareys təxirə salınıb, 16 nəfər yaralanıb

Yaponiyanın cənub-qərbindəki Kyuşu adasının yaxınlığında tüğyan edən güclü “Şanşan” qasırğası səbəbindən ən azı 336 aviareys təxirə salınıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, avqustun 29-na olan cədvəl dəyişikliklərinin əsas hissəsi Yaponiyanın böyük aviadaşıyıcıları “JAL” və “ANA”nın üzərinə düşüb.
“Jetstar Japan” və “Peach Aviation” kimi aşağı büdcəli aviaşirkətlər də bir neçə uçuşu ləğv ediblər. Avqustun 28-də Yaponiyada baş verən tayfun səbəbindən 230 aviareys ləğv edilib.
İndi Şanşan Kyuşu adasının qərbində yerləşir və sahil boyunca şimala doğru irəliləyir. Tayfun ərazisində küləyin sürəti 50-70 m/s-ə çatır. Sinoptiklərin proqnozlarına görə, Kyuşu adasının bəzi rayonlarında yağıntının intensivliyi sutkada 400-600 mm-dir.
“Yomiuri” qəzeti isə bildirib ki, qasırğa 16 nəfərin xəsarət almasına səbəb olub. Ümumilikdə təxminən 2,25 milyon sakin evlərini tərk etmək və adətən təhsil müəssisələrində yerləşən evakuasiya mərkəzlərinə köçmək üçün tövsiyələr alıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












