Qırıcı təyyarə qəzaya uğradı; Ölən var - YENİLƏNİB

Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində uçuş aparatının qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Məlumata görə, qəzaya uğrayan helikopter deyil, hərbi təyyarə olub.
Avtosfer.az xəbər verir ki, "Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus "Su-25" qırıcı təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya-Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı veririk", - deyə idarədən bildirilib.
***
Gürcüstanın Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsində hərbi helikopter qəzaya uğrayıb.
Məlumata görə, hadisə Disveli kəndi yaxınlığında baş verib.
Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə zamanı pilotun öldüyü bildirilir.
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












