Qıza görə öldürülən Tural barədə yeni faktlar - TƏFƏRRÜAT

Ötən gün Bakının Nərimanov rayonunda, "Metro Park” ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.
Avtosfer.az bildirir ki, hər iki gənc Qazaxın Daş Salahlı kəndindən olsa da, Tural Kosayevdən fərqli olaraq, İsmayıl Allahverdiyevin ailəsi bura Borçalının Qaraçöp kəndindən köçüb.
Daş Salahlıdan olan həmsöhbətimiz bildirib ki, Tural Kosayevin həyatı heç də asan olmayıb. Atası Kamil içkiyə meyilli olduğu üçün ailədə vaxtaşırı söz-söhbət olub. Nəhayət, anası ayrılmaq qərarı verib. Uzun müddətdən sonra ailə yenidən bir araya gəlib, ata-ana barışıb.
Maddi baxımdan imkansız olan ailə bir müddət öncə xeyirxah insanların dəstəyi ilə Bakıda varlı bir şəxsin bağ evində məskunlaşıblar – həm bağa nəzarət edir, həm də ata ilə birgə, Tural və digər qardaşı tikintidə fəhlə kimi çalışırlarmış. Tural və qardaşının sakit, zəhmətkeş və ailəcanlı olduğu bildirilir. Məhz iki qardaşın sayəsində ailə yenidən toparlanıb, həyatları yenicə axarına düşübmüş.
İddialara görə, Kosayevlər ailəsində sağlıqla bağlı da problemlər var: Turalın anası qardaşının səhhət probleminə görə böyrəyini birini ona verib, əməliyyatda donorluq edib. Turalın qardaşı da qismən fiziki məhdudiyyətlidir, yerişində çətinlik var.
Turalın vicdanlı, dürüst, ətrafına qarşı diqqətli olduğu haqda xeyli hadisələr danışılır.
Tural öz kəndlərində imiş, qətlə yetirilən gün səhər Bakıya qayıdıb.
Turalın ölümünə səbəb olan qızın da eyni kənddən olduğu vurğulanır.
Hazırda Bakıda yaşayır.

Mənbə: Redaktor.az
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO












