Qubada sel evi yerlə bir etdi - VİDEO

Ötən gün yağan güclü yağış Qubanın Amsarqışlaq kəndində də ciddi fəsadlar törədib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sel nəticəsində Amsarqışlaq kəndinə gedən yeni yol su altında qalıb, həm də bağ sahələri, pomidor tarlaları və bir sıra fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.
Kəndin kənarından keçən çay daşaraq ətraf əraziləri basıb və kənd stadionunu yararsız vəziyyətə salıb. Sakin Tərlan Haktarinin yaşadığı evin yan divarları selin gücünə tab gətirməyərək aşıb, ev tamamilə qəzalı vəziyyətə düşüb. Ailə məcburiyyət qarşısında qohumlarının evinə köçüb.
Digər sakin Akif Babayevin də fərdi yaşayış evinə sel suları dolub.
Hazırda ərazidə təmizləmə və bərpa işləri aparılır.
Qeyd edək ki, aramsız yağan yağışlar Qubanın Çiçi kəndində də yaşayış evlərini dağıdıb. Bəzi evlərin giriş-çıxışını, damları sel yuyub aparıb, mənzillər uçma təhlükəsi ilə üz-üzədir.
Quba Rayon İcra Hakimiyyətindən hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər görüldüyü bildirilib.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu











