Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib; tədbirlər görülür – FOTO

Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, rayonun Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə aparan yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşıb. Buna səbəb hazırda Quba-İspik-Xınalıq avtomobil yolunun 37-50-ci kilometrliklərində yolun hərəkət hissəsində 1 metrə qədər qar kütləsinin olmasıdır. Bununla yanaşı, müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb.
Quba-Xınalıq yoluna alternativ olan Quba-Alpan-Xınalıq yolu da hazırda qar örtüyünün çox olması səbəbindən bağlıdır.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda müvafiq qurumların əməkdaşları tərəfindən yolun açılması və Xınalıq istiqamətində yerləşən kəndlərlə nəqliyyat əlaqəsinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
“Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri əraziyə baxış keçirib. Xınalıq istiqamətində hər iki yolda böyük qar kütləsi var. Yolların açılması üçün dünəndən iş aparılır. Elektrik təsərrüfatına da ziyan dəyib. Rayonda 100-ə yaxın elektrik dirəyini sel suları aparıb. Hazırda rayonun 90 faiz yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa olunub. Yolları da qısa zamanda açmağa çalışırıq”, - deyə Tariyel İbrahimov söyləyib.









Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












